"Barselona" iflas həddində: Messi satıla bilər

  • 19:15 - 04 Dekabr

İspaniyanın "Barselona" klubu ciddi maliyyə problemi ilə üzləşib.

Bu barədə Kataloniya təmsilçisində prezident vəzifəsini müvəqqəti icra edən Karles Tusqets "Rac 1" telekanalına müsahibəsində deyib.

Klub rəsmisi vəziyyətdən çıxış yolu kimi Lionel Messinin satılmasının tərəfdarı olduğunu bildirib: "Amma bunun üçün məşqçilər heyəti ilə danışmaq lazımdır. Bu mövsüm üçün problem həll olunub. Oyunçular yanvar ayının maaşlarını almayacaqlar. Amma hazırda xərclərimiz inanılmaz dərəcədə çoxdur. Olduqca qorxulu mənzərə ilə üz-üzəyik. Lakin stadionlar açıldıqdan sonra vəziyyəti düzəldə bilərik".

Tusqets Fransanın PSJ komandasında çıxış edən Neymarın yenidən transfer edilməsi məsələsinə də toxunub: "Bu keçid yalnız havayı olarsa, baş tuta bilər. Ya da ki, yeni prezidentin sehrli çubuğu olmalıdır".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək.


Oxunma sayı: 7635

Oxşar yazılar