Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib

  • 18:40 - 04 Dekabr

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsini pisləyib.

Türkiyə parlamentinin sədri bildirib ki, yuxarıda adıçəkilən qətnamənin qəbulundan sonra Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib.

“Dövlət olaraq tanınmaq əgər bu qədər asandırsa, dövlət olmaqdan çıxmaq da belə asan olmalıdır. Fransa Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib.

Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlətin tanımadığı, tanınması iddiasını Ermənistanın belə dilinə gətirmədiyi Dağlıq Qarabağı dövlət olaraq tanımaq qərarı qəbul edən bir parlament ancaq fransız nağıllarında özünə yer tapa bilər.

Fransa hökumətinin də beynəlxalq hüquqa görə, Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları müstəqil bir dövlət kimi tanıyan qətnamə qəbul edən parlamentarilər ancaq komik aktyorlar olaraq iş görə bilərlər.

Fransa hökumətini ciddi olmağa dəvət edirik, fransız xalqının bu absurd qərarı qəbul etməyəcəyinə inanırıq”, - deyə Türkiyə parlamentinin sədri vurğulayıb.(apa)


 


Oxunma sayı: 2399

Oxşar yazılar