"İnşallah, həyat yoldaşımla birgə Azərbaycanda keçiriləcək Qələbə paradına qatılacam" - Ərdoğan

  • 16:54 - 04 Dekabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərbaycana səfər edəcək.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan deyib ki, dekabrın 8-də həyat yoldaşı ilə birlikdə Azərbaycanda keçiriləcək Qələbə paradına qatılacaq. 

"İnşallah, dekabrın 8-də həyat yoldaşımla birgə Bakıda keçiriləcək tədbirlərə qatılacam."


Oxunma sayı: 8427

Oxşar yazılar