"Əziz qardaşım İlham Əliyevin dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marseli versin onlara" - Ərdoğan (VİDEO)

  • 16:26 - 04 Dekabr

“Fransanın isə onsuz da vasitəçilik missiyası qalmayıb. Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır.Təmənnam odur ki, bir an əvvəl Fransa Makron bəlasından qurtulsun. Belə bir bəla ilə qarşı-qarşıyadırlar."

Avropa.info xəbər verir ki, bunu Ayasofiya məscidində cümə namazından sonra jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. Nə dedi? “Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər” dedi. Eyni tövsiyəni mən də verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir buralar işğal altındadır. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi”,-Ərdoğan bildirib.


Oxunma sayı: 4423

Oxşar yazılar