Azərbaycan əsgərləri Xankəndindədir, marketlərdən alış-veriş edirlər - İrəvanda gizlənən separatçı Abramyan Paşinyanı ittiham edir

  • 13:13 - 04 Dekabr

"Şahidlərin ifadələrinə görə, Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər.Doğrudur, bütün bunlar rusiyalı sülhməramlıların müşayiəti ilə olur. Amma mahiyyət dəyişmir ki".

Avropa.info xəbər verir ki, bunu keçmiş, qondarma "dqr"in "rəhbərliyində" təmsil olunan, "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan Facebook səhifəsində yazıb:

Abramyan Ermənistan baş naziri Paşinyanı da ittiham edib:

"Nikol Paşinyan, səndə vicdan var?! Anlayırsan ki, imzaladığın sənədin, anlaşmanın nəticəsi olaraq azərbaycanlı əsgərlər Xankəndidə bizi ələ salırlar?! Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən olmayacaqsan, ancaq biz sənin qərarlarının ağır nəticələrini hiss etməyə davam edəcəyik”.

Qeyd edək ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sazişə görə, Qarabağda yaşayan ermənilərə heç bir status verilmədən, sadəcə yaşama hüququ tanınıb. Müharibə zamanı isə Xankəndidə bir nəfər də erməni qalmamışdı. Yalnız sazişdən sonra, rus sülhməramlıları müyyən qədər ermənini Xankəndiyə gətirə bilib. Bu səbəbdən də hazırda İrəvanda qaçıb gizlənən separatçı Abramyan üçün Azərbaycan əsgərinin Xankəndində olması deyil, ermənilərin orada olması təccüblü gəlməlidir. Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.


Oxunma sayı: 9065

Oxşar yazılar