Sensasion iddia: Putin bütün həkimlərin koronavirusa qarşı peyvənd olunması əmri verdi - Moskva xəstəxanalarında kütləvi istefalar

  • 10:56 - 04 Dekabr

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə internet üzərindən keçirdiyi müşavirədə, baş nazirin müavini Tatyana Qolikovadan önümüzdəki həftədən etibarən səhiyyə işçilərinin və müəllimlərin koronavirusa qarşı kütləvi peyvənd edilmə prosesinin başladılmasını istəyib.

Avropa.info xəbər verir ki, Putin Rusiyanın koronavirusa qarşı "Sputnik V" peyvəndi hazırladığını xatırladaraq, baş nazirin müavininə "kütləvi peyvənd prosesinə hazır olduğumuzu düşünürsünüzsə xahiş edirəm prosesi başlayaq" deyib. 

Baş nazirin müavini Tatyana Qolikova isə, "önümüzdəki həftə hazırlıqlar bitmiş olacaq və prosesə başlamağa hazır olacağıq" cavabını verib. Ancaq bu cavabı bəyənməyən Putin Qolikovaya, "önümüzdəki həftə prosesi başlayaq" deyib. 

Rus jurnalist Marina Litvinoviç, Putinin bu sözlərindən sonra Moskva xəstəxanalarında kütləvi həkim istefalarının başladığını iddia edib. Jurnalist,Rusiyanın hazırladığı "Sputnik V" peyvəndini qəbul etməyən həkimlərin işdən qovulma ilə təhdid edildiklərini və bu təzyiqlərə dözməyən çox sayda həkimin istefa etdiyini bildirib.


Oxunma sayı: 7261

Oxşar yazılar