Paşinyanın daha bir deputatı mandatdan imtina etdi

  • 10:31 - 04 Dekabr

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etdiyini açıqlayıb.

Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

Erməni deputat bildirib ki, Qarabağda baş verənləri ilk növbədə özünün və ailəsinin faciəsi hesab edir: "Hər bir erməni kimi mən də bu reallığı qəbul edə bilmirəm. Hesab edirəm ki, ölkəni böhrandan ən qısa müddətdə çıxarmaq üçün hər birimiz əvvəlkindən daha çox çalışmalı, bütün resurslardan istifadə etməliyik. Hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını yetərsiz hesab edirəm və bu səbəbdən mandatdan imtina qərarını verdim.

Sizi əmin etmək istəyirəm ki, əvvəllər olduğu kimi, bundan sonra da hansı sahədə işləyəcəyimdən asılı olmayaraq, bütün səylərim vətənimizin və xalqımızın xeyrinə yönələcək”.

Qeyd edək ki, daha əvvəl “Mənim addımım” fraksiyasının deputatı Qor Gevorkyan hakim komandadan ayrıldığını bildirib. Gevorkyan müstəqil deputat kimi fəaliyyət göstərəcəyini vurğulayıb.


Oxunma sayı: 3290

Oxşar yazılar