Avropa Liqası: "Qarabağ" ilk xalını qazandı və Türkiyə klubuna kömək etdi

  • 00:10 - 04 Dekabr

Dünən Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.

Qol.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Ağdam klubu İstanbulda "Makkabi"ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, təmsilçimizin 2020/2021 mövsümündə Avroliqanın qrup mərhələsində ilk xalı olub.

"Qarabağ" İsraildə Təl-Əviv təmsilçisinə 0:1 hesabı ilə uduzmuşdu.

Paralel keçirilən qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"a məğlub olub - 0:1.



3 dekabr

Avropa Liqası, 5-ci tur

İ qrupu


21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar: Yonatan Kohen, 22-pen.(0:1), Xayme Romero, 37 (1:1)
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

21:55."Sivasspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya) - 0:1
Qol: Çukvueze, 75


Oxunma sayı: 4973

Oxşar yazılar