Lavrov və BMT-nin Baş katibi Qarabağı müzakirə etdilər

  • 23:50 - 03 Dekabr

Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov və BMT Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağda humanitar problemlərin həllində beynəlxalq təşkilatın imkanlarını müzakirə ediblər.

Məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

"Antoniu Quterriş Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması haqqında razılaşmaya nail olunmasında Rusiyanın rolunu alqışlayıb. Həmsöhbətlər BMT-nin Azərbaycan, Ermənistan və Rusiya sülhməramlıları ilə əməkdaşlıq edərək bölgədəki humanitar problemlərin həllinə kömək imkanlarını nəzərdən keçiriblər", - deyə məlumatda vurğulanıb.

Tərəflər bu il dekabrın 2-də Rusiyanın "Sputnik-V" vaksininin təşkilat üzvlərinə təqdim olunması da daxil olmaqla, BMT-nin "COVİD-19" pandemiyasına reaksiya verməsi məsələlərini də müzakirə ediblər.

virtualaz.orq


Oxunma sayı: 5512

Oxşar yazılar