Deputat Rasim Musabəyovdan rus telekanalına qalmaqallı açıqlama : "Türk ordusu Qarabağa gəlməməlidir" (VİDEO)

  • 21:32 - 03 Dekabr

Milli Məclisin deputatı Rasim Musabəyov Rusiyanın “NTV” telekanalına müsahibəsində qalmaqallı ifadələri ilə gündəmə gəlib. 

Avropa.info xəbər verir ki, Musabəyov Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu bildirib.

Musabəyovun iddiasına görə, Türkiyə Ordusunun Qarabağa gəlişi regiondakı təhlükəsizliyə xələl gətirə bilər. 

Qeyd edək ki, Rasim Musabəyovun bu açıqlaması Türkiyə ilə qardaşlıq və müttəfiqlik siyasətini prioritet seçən Azərbaycan hakimiyyətinin tezisləri ilə daban-dabana ziddir. Türkiyə İkinci Qarabağ savaşında Azərbaycana ən yüksək səviyyədə dəstək verib. Azərbaycan tərəfi isə danışıqlar masasında Qarabağda Türkiyə və Rusiya hərbçilərinin birgə iştirakı ilə Monitorinq Mərkəzinin qurulmasına nail olub. Bununla bağlı Türkiyə ilə Rusiya arasında saziş də imzalanıb. 

Deputatın qalmaqallı çıxışının videosunu təqdim edirik:


Oxunma sayı: 15489

Oxşar yazılar