Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin yeni binasının açılışı olub

  • 22:12 - 03 Dekabr

Ankarada Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin yeni binasının açılışı olub. 

 Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılışda rəsmi şəxslər, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən mədəniyyət və sənət adamları iştirak ediblər. 

Çıxışında yeni binanın Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin imicinə və missiyasına tam uyğun olduğunu ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə vurğulayıb ki, bu bina paytaxt Ankaranın memarlıq simvollarından biri kimi tanınacaqdır. 

Açılışdan sonra Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin geniş konsert proqramı olub. 

Qeyd edək ki, ümumilikdə 2023 yerlik “Böyük salon”, 600 oturacaqlı “Tarixi CSO salon” və 500 oturacağı olan “Mavi salon”dan ibarət olan yeni binada restoran, muzey, açıq sahələrdən ibarət musiqi səhnələr, mədəniyyət və incəsənət yerləri fəaliyyət göstərəcək.


Oxunma sayı: 4962

Oxşar yazılar