Rusiya XİN: UNESCO Qarabağda xristian və müsəlman məbədlərinin vəziyyətini monitorinq etmək üçün missiya göndərmək niyyətindədir

  • 18:19 - 03 Dekabr

“Qarabağ regionunda xristian və müsəlman məbədlərinin qorunub saxlanılması ilə bağlı suallara UNESCO-nun ekspertləri cavab verə bilər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bununla əlaqədar UNESCO-nun baş direktoru Odri Azulenin niyyətini dəstəkləyirik. O, münaqişə regionuna müvafiq missiya göndərmək niyyətindədir. O. Azule bu niyyətini Rusiya XİN başçısı Sergey Lavrovla 20 noyabrda telefon danışığı zamanı təsdiqləyib. Ümid edirik ki, Azərbaycan və Ermənistan tərəfi ilə əməkdaşlığa hazır olan UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşlarından ibarət missiyası yaxın vaxtlarda hadisə yerinə gələ və vəziyyətə obyektiv qiymət verə biləcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.(apa)


Oxunma sayı: 1992

Oxşar yazılar