Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

  • 17:42 - 03 Dekabr

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Oxunma sayı: 2773

Oxşar yazılar