Pandemiya 32 milyondan çox insanın ifrat yoxsulluq həddinə çatmasına səbəb olacaq
- 17:03 - 03 Dekabr
Koronavirus pandemiyası az inkişaf etmiş ölkələrin iqtisadiyyatına cox ciddi ziyan vurub.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.
Qeyd olunur ki, pandemiya nəticəsində bu ölkələrdəki 32 milyondan çox şəxs ifrat yoxsulluq həddinə çata bilər.
Hesabata əsasən, pandemiya günə 2 dollardan az məbləğə yaşayan insanların ümumi sayının 32,5 faizdən 35,5 faizədək artmasına səbəb olacaq.
Ən çox iqtisadi fəsadlara Afrika ölkələri və kiçik ada ölkələri məruz qalacaq.