Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb

  • 17:01 - 03 Dekabr

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki koronavirus xəstəsinin karantin qaydalarını pozduqlarını aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Qobustan şəhər sakini Faiq Səlimova və rayonun Bədəlli kənd sakini Vahid Bəndəliyevə COVİD-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, ancaq onlar yaşadıqları ünvanları tərk ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxslər şəhər və kənd ərazisində hərəkətdə olarkən saxlanılıblar. Onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara göndəriliblər.

İnfeksiya daşıyıcıları olduqlarını bilə-bilə virusun daha geniş yayılmasına şərait yaradan F.Səlimov və V.Bəndəliyev barəsində Qobustan Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.


Oxunma sayı: 4005

Oxşar yazılar