Ərdoğan Qələbə paradında iştirak etmək üçün Bakıya gəlir - Rusiya mediası

  • 14:04 - 03 Dekabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə münasibətilə Bakıda keçiriləcək hərbi paradda iştirak etmək üçün Bakıya gələcək.

Avropa.info xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, paradda düşməndən qənimət götürülmüş çoxsaylı hərbi texnika da nümayiş etdiriləcək.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla hər il noyabrın 8-də Azərbaycanda Zəfər günü kimi qeyd olunacaq. Həmin gün Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşma imzalanıb.


Oxunma sayı: 3367

Oxşar yazılar