“Azəriqaz” Qarabağda qaz təchizatını bərpa etmək üçün hazırlıq işlərinə başladı - VİDEO

  • 11:29 - 03 Dekabr

İşğaldan əvvəl Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsini təbii qazla Azərbaycan təmin edirdi. Bunun üçün magistral və paylayıcı qaz şəbəkəsi də çəkilmişdi. Lakin Ermənistanın təcavüzü nəticəsində qeyd olunan ərazilərin qaz təminatı həmin vaxtdan dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu il sentyabrın 27-dən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində qazanılmış Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.


Oxunma sayı: 10748

Oxşar yazılar