Ermənistan müxalifəti Paşinyanın yerinə kimin baş nazir olmasını istəyir? - Müxalifətin vahid namizədi seçildi (FOTO)

  • 11:12 - 03 Dekabr

Ermənistanda Nikol Paşinyanın yerinə müxalifətin vahid namizədi sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyan olacaq.

Virtualaz.org bildirir ki, bunu "Vətən" Partiyası İdarə Heyətinin üzvü Robert Arutyunyan deyib.

"İnterfaks"ın Ermənistanın müxalifət dairələrindəki qaynaqları da bu familiyanı çəkiblər.

"Vazgen Manukyan Ermənistan keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq", - deyə Rusiya nəşrinin həmsöhbəti bildirib.

Vazgen Manukyan 1990-1991-ci illərdə Ermənistanın baş naziri, 1992 - ci ildən 1993-cü ilə qədər (Dağlıq Qarabağ münaqişəsi dövründə) müdafiə naziri olub, eyni zamanda ölkənin hərbi - sənaye kompleksinə başçılıq edb. 1993-cü ilin avqustunda Manukyan gözlənilmədən müdafiə naziri vəzifəsindən azad edilib. 1996-cı ilin sentyabrında Prezident seçkilərində "Razılıq və birlik" blokundan vahid namizəd irəli sürülüb, lakin seçkinin nəticələrinə görə Levon Ter-Petrosyan qələbə qazanıb. 1998-ci ilin fevralında Manukyan növbədənkənar prezident seçkilərində Milli-Demokratik İttifaqdan prezidentliyə namizədliyini irəli sürərək, təxminən 13% səs qazanıb. 2008-ci ildən 2019-cu ilin noyabr ayına qədər Ermənistan İctimai Şurasına rəhbərlik edib. 2019-cu ildən "Vernatun" ictimai-siyasi klubunun sədridir.

Xatırladaq ki, erməni müxalifəti hazırkı baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Dekabrın 2-də müxalifətin Yerevanın mərkəzində keçirdiyi son yürüşdə “Daşnaksutyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarının üzvləri iştirak ediblər. Etirazçılar "Xain Paşinyan" şüarları səsləndirib, bir daha baş nazirin istefasını tələb ediblər.


Oxunma sayı: 4159

Oxşar yazılar