Azərbaycan ordusu Laçın şəhərində - VİDEO

  • 09:45 - 03 Dekabr

Müdafiə Nazirliyi dekabrın 1-dən işğaldan azad edilən və Azərbaycanın nəzarətinə qaytarılan Laçın rayonundan yeni görüntülər yayıb. 

Avropa.info xəbər verir ki, görüntülərə əsasən ordumuzun bölmələri Qubadlı istiqamətindən hərəkət edərək Laçın şəhərinə daxil olur, yol boyu Azərbaycan bayraqları görünür.

Görüntülər Laçın şəhərinin cənub hissəsini əhatə edir. Qeyd edək ki, Laçın-Şuşa-Xankəndi yolu Laçın şəhərinin mərkəzindən keçdiyi üçün hazırda şəhərin həmin hissəsinə Rusiya sülhməramlıları nəzarət edir. 10 noyabr üçtərəfli razılaşmasına əsasən Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş üçün 5 kilometr enində dəhliz ayrılıb. Lakin sonrakı 3 il ərzində dəhlizin Laçın şəhərindən tamamilə yan keçən yeni marşrutu razılaşdırılacaq və yeni yol çəkiləcək. Bundan sonra Rusiya sülhməramlılarının yeni yol boyu yerdəyişməsi həyata keçiriləcək və Laçın şəhəri tamamilə Azərbaycanın nəzarətinə qaytarılacaq.


Oxunma sayı: 6953

Oxşar yazılar