Pakistanın keçmiş baş naziri dünyasını dəyişdi

  • 00:25 - 03 Dekabr

Pakistanın keçmiş baş naziri Mir Zəfərullah Xan Cəmali dünyasını dəyişib. 
 

Avropa.info xəbər verir ki, sinə ağrısı şikayəti ilə ötən həftənin sonunda Ravalpindi şəhərində bir xəstəxanaya aparılan 76 yaşındakı Cəmali dünən həyatını itirib.

1944-cü ildə Pakistanın Bəlucistan əyalətində dünyaya gələn Cəmali, siyasi fəaliyyətinə 1970-ci illərdə başlayıb. 1977-ci ildə Bəlucistan məclisinə millət vəkili seçilən Cəmali, keçmiş Pakistan prezidenti general Məhəmməd Ziya ül Hak dönəmində dövlət naziri olub. Cəmali, 1985-ci ildə Pakistan federal parlamentinə millət vəkili seçilib. O,2002-2004-cü illərdə Pakistanın baş naziri olub.  


Oxunma sayı: 5941

Oxşar yazılar