Slovakiyanın ən zəngin şəxslərindən biri həbs olunub

  • 18:12 - 02 Dekabr

Slovakiya polisi ölkənin ən zəngin və geniş təsir dairəsinə malik şəxslərindən sayılan Yaroslav Haşçakı həbs edib. Y.Haşçak saxlanılarkən jurnalistlərə ona qarşı irəli sürülən ittihamları və hansı səbəbdən həbs olunduğunu bilmədiyini söyləyib.

"Penta” maliyyə qrupunun rəhbəri Y. Haşçakın həbsi Slovakiya mətbuatı tərəfindən tədqiqatçı jurnalist Yan Kutsiakın ölümü ilə əlaqədar baş tutan silsilə həbslər arasında ən sensasiyalı hadisə kimi qiymətləndirilib. Oliqarxa qarşı irəli sürülən ittihamlar arasında onun 20 ildən bəri siyasi dairələrə sistemli şəkildə təsir imkanlarından istifadə edərək qərarların qəbuluna nail olması yer alır. 2005-2006-cı illərdə danışıqların gizli dinlənilməsi əsasında “Qorilla“ kod adı altında toplanan materiallarda Y.Haşçakın korrupsiya cinayətlərində iştirakının sübuta yetiriləcəyi də iddia olunur.

Ölkədəki bir sıra özəlləşdirmə layihələrində iştirak edən Y.Haşçakın hökumətdəki əlaltıları vasitəsilə bir sıra şirkətlərin ona yaxın şəxslərə satılmasına nail olduğu güman edilir. Bu iddialar arasında bir neçə enerji təminatçısının alman şirkətlərinə satılması da qeyd olunur.


Oxunma sayı: 5655

Oxşar yazılar