Laçının işğaldan azad edilməsi dünya mediasının gündəmində - "Azərbaycan bayrağını öpən, gözyaşlarına hakim ola bilməyən..." (FOTOLAR)

  • 10:24 - 02 Dekabr

Qarabağda bir dövr tamamən qapandı, işğalçı Ermənistanın çəkilməsi ilə 28 il sonra Azərbaycan Ordusu Laçına bayrağımızı sancdı. 
 

Avropa.info xəbər verir ki, 44 günlük savaşda ağır məğlubiyyətə uğrayan Ermənistan, Ağdam və Kəlbəcərin ardından strateji önəmə sahib olan Laçını da geri verdi. 

Laçının geri verilməsi ilə birlikdə Azərbaycanda insanlar küçələrə axışdı və bu möhtəşəm gün qeyd edildi.  

"Reuters" xəbər agentliyi Bakıda konvoylarla zəfəri qeyd edən insanların fotolarını dünyaya servis etdi. Fotolarda Azərbaycan bayrağını öpən, şüra səsləndirən və gözyaşına hakim ola bilməyən insanlar əks olunur. 

BBC isə Bərdədə yaşayan laçınlıların bayram etdiyini bildirir. İngilis telekanalının əməkdaşı, "Meydanda Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görə bilərsiniz. Laçın türküsü söylənir", deyib. 

Xəbərdə, Prezident İlham Əliyevin Laçının geri alınması münasibəti ilə canlı yayında xalqı təbrik etdiyi də bildirilir. 

Foto - Cumhurbaşkanı Aliyev, işgalden önce Laçın bölgesinde 50 bin insanın yaşadığını, şimdiki nüfusun 80 bini aştığını söyledi.
Foto - BBC muhabiri,
Foto - BBC ise, Azerbaycan şehri Berde'de de yaşayan Laçınlıların çılgınca kutlama yaptığını bildiriyor.
Foto - Reuters fotoğraflarında, Azerbaycan bayrağını öpenler, slogan atanlar ve gözyaşlarına hakim olamayanlar göze çarptı.
Foto - Uluslararası haber ajansı Reuters, başkent Bakü'de konvoylarla zaferi kutlayan insanların fotoğraflarını dünyaya servis etti.
Foto - Zaferin taçlanmasıyla Azerbaycan sokakları bayram yerine döndü, soğuk havaya rağmen insanlar ellerinde bayraklarla kutlama yaptı.

Oxunma sayı: 7954

Oxşar yazılar