"Azərbaycanın aldığı Türk PUA-ları Ermənistanın müdafiə sistemlərini darmadağın etdi" - "Washington Post" Azərbaycanın Qarabağ zəfəri haqda

  • 01:38 - 02 Dekabr

Dünya mediası Azərbaycanın Qarabağda Ermənistan üzərindəki qələbəsindən və Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ların savaşdakı rolundan yazır. 
 

Avropa.info xəbər verir ki, ABŞ-ın "Washington Post" qəzetində yer alan bir yazıda, Azərbaycanın Qarabağda Ermənistan üzərində zəfər qazandığı və bu qalibiyyətdə türk PUA-larının önəmli yeri olduğu bildirilib.  

Kareem Fahimin qələmə aldığı yazıda, Azərbaycanın 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində itirdiyi torpaqlarını böyük bir zəfərlə geri aldığı qeyd olunub.

resized_de6b1-ce471c94manset

"Türkiyə PUA-ları bundan öncə həm Suriyada, həm də Liviyada böyük bir uğur qazandı. Azərbaycanın Ermənistan üzərindəki qələbəsində də PUA-ların əhəmiyyətli rolu oldu. Bu PUA-lar Türkiyənin texnoloji yeniliklərdə nə qədər öndə olduğunun göstəricisidir. Eyni zamanda PUA-lar Türkiyənin öz-özünü təmin etməsinin simvoludur və bu amil Ankaranın milli güvənliyini artırır. Türkiyə artıq bu sahədə Çin və İsraillə rəqabət aparır. 

Biz Türkiyə PUA-larının üstünlüyünü ən son olaraq Azərbaycanın 6 həftəlik Qarabağ savaşındakı qələbəsi zamanı gördük. Azərbaycan 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində itirdiyi torpaqlarını böyük bir zəfərlə geri aldı. Azərbaycanın Türkiyədən aldığı "Bayraktar TB2" PUA-ları və İsraildən aldığı kamikadze dronlar Ermənistanın müdafiə sistemlərini tamamilə darmadağın etdi" - Kareem Fahimin yazısında belə qeyd olunub.

Avropa.info


Oxunma sayı: 9384

Oxşar yazılar