İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı

  • 15:48 - 01 Dekabr

Yağı düşməndən azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.

Avropa.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qurumdan bildirilib ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır: "Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta-körpü qəsəbəsində fəaliyyət göstərir.

Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!"


Oxunma sayı: 5259

Oxşar yazılar