Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu

  • 22:02 - 30 Noyabr

Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazir özünü yaxşı hiss edir və işini distant rejimdə davam etdirir.

Nazirlikdən qeyd olunub ki, İ.Maçavarianinin müavini Giorgi Kakauridzedə də COVID-19 aşkarlanıb və o da ev şəraitində müalicə olunur.


Oxunma sayı: 5039

Oxşar yazılar