Rusiyalı mütəxəssis koronavirusun yaratdığı TƏHLÜKƏLİ FƏSADLARI AÇIQLADI

  • 11:23 - 30 Noyabr

“Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur”.

APA xəbər verir ki, bunu Rusiyanın 2 saylı Müharibə Veteranları Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Sergey İvanov “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.

Şöbə müdiri əlavə edib ki, koronavirusa yoluxanlarda qan laxtalanmasının artması ürək əzələsinin damarlarına da təsir edir: “Bu səbəbdən virusa yoluxan insanlarda ürək əzələsinin toxuması ciddi zədələnir və nəticədə bir çox xəstələrdə miokardit (ürək əzələsinin iltihabı) yaranır”.

S.İvanovun sözlərinə görə, COVID-19-un kəskin mərhələsində əksər xəstələrdə II dərəcəli miokard infarktı inkişaf edir: “Yoluxmadan bir neçə ay sonra zəifləmiş xəstələrdə taxikardiyaya (sürətli ürək döyüntüsü) da rast gəlinir”.


Oxunma sayı: 3059

Oxşar yazılar