Bayrağa görə BDU-dan qovulan tələbə bərpa olundu

  • 01:25 - 30 Noyabr

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

“BakuPost”un əldə etdiyi məlumata görə, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.

P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi. BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı.

Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.


Oxunma sayı: 4214

Oxşar yazılar