Yunis Hüseynov: "Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı"

  • 01:10 - 30 Noyabr

"Maraqlı oyun oldu, komandamız matça yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XI turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxxəssis bildirib ki, komandası ikinci hissədə azlıqda qalsa da, xarakter göstərib: "İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, "qırmızı" olacaq. Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı".

Hüseynov Alvaro Tavares və Artur Batistanın göndərilməsinin səbəbini açıqlayıb: "Hər iki futbolçu ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və getdilər".

Baş məşqçi matçın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan İlkin Qırtımovla danışacağını söyləyib: "Komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək".


Oxunma sayı: 6744

Oxşar yazılar