"Araik dedi ki, müharibəni dayandırmaq lazımdır, mən Putinə zəng etdim, o isə Əliyevə " - Məğlub Ermənistanın baş nazirindən şok etiraflar

  • 23:17 - 29 Noyabr

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə dövründə Qarabağla bağlı danışıqların necə getdiyi barədə bəyanatla çıxış edib.

Avropa.info xəbər verir ki, Paşinyan bəyanatı özünü facebook səhifəsində yayımlayıb. 

Paşinyanın dediyinə görə, oktyabrın 19-da qondarma "dqr"in "rəhbəri" Araik Arutyunyan ona zəng edərək müharibənin dayandırılmalı olduğunu bildirib. 

"O, yalnız öz fikirini deyil, erməni separatçılarının keçmiş "liderləri" Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosya, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini də çatdırdığını bildirdi. Mən Rusiya prezidenti Vladimir Putinə zəng etdim və Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq hərbi əməliyyatları dayandırmağa razı olduğumu bildirdim. Yəni, Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş DQMV ətrafındakı rayonları vermək, Rusiya sülhməramlılarını yerləşdirmək. Sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində yerləşməli idilər.

Araik Arutyunyana zəng vurdum və mümkün versiyanı ona çatdırdım, razılaşdığını söylədi. Bundan sonra, parlamentdən kənar qüvvələrini dəvət etdim və belə bir qərar verdiyimi söylədim. Onların bir çoxu sessiyadan sonra sosial şəbəkələrdə bizi xəyanətdə ittiham etdilər.
 

Elə həmin gün parlamentdəki fraksiya nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ölkə prezidenti və bütün ermənilərin katalikosu toplantıda iştirak edirdilər. Müxalifətə dedim ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Sadəcə məlumat verirəm ki, xalqda gizlin nəsə iş gördüyüm haqda fikir olmasın. Bununla bağlı açıq bir bəyanat verə bilmədim. Çünki, bunu etsəydim Azərbaycan təklif olunan ssenaridən imtina edə bilərdi və Ermənistan çətin vəziyyətə düşərdi. Təhlükəsizlik Şurasının iclasından sonra, Putinə zəng edib təklifə razı olduğumu bildirdim. Putin dedi ki, bu məsələni səhərə qədər Əliyevlə müzakirə edib nəticəsini deyəcək.  

Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı sazişə qarşıdırlar. Əslində onlar keçmiş prezidentlər Levon Ter-Petrosyan, Koçaryan və Sarkisyanın adından bəyan edirdilər. Ancaq bütün bunların heç bir əhəmiyyəti yox idi, mən artıq qərar qəbul etmişdim və işi sona çatdırmaq istəyirdim. 

Ertəsi gün razılaşdığımız kimi  Rusiya Prezidenti zəng etdi. Dedi ki, Əliyev buna razıdır, lakin sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir-çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Həmçinin, erməni tərəfi azərbaycanlıların Şuşaya qayıtması haqda üzərinə öhdəlik götürməlidir. 

Beləliklə, atəşkəs mümkünsüz oldu, çünki Hadrutla razılaşsam da, Şuşanın verilməsini təsəvvür edə bilmirdim. Prezident Putin təccüblə soruşdu ki, niyə azərbaycanlıların Şuşaya qayıtmasına qarşıyam. Mən öz arqumentlərimi təqdim etdim. Şuşaya azərbaycanlıların yerləşəcəyi halda əhalinin 90 fazi azərbaycanlılardan ibarət olacaqdı və Xankəndinə yolu kimin və necə idarə etməsi məsələsi qaldırardı. 

Əminəm ki, Şuşa ilə bağlı bu ssenariyə razı olsaydım, Azərbaycan yeni bir şərt qoyacaqdı - Şuşadan-Qırmızı Bazar kəndinə gedən magistral yolla bağlı. Beləliklə, atəşkəs baş tutmadı. Beləliklə, görüş baş tutmadı. Bundan sonra, verənlər məlumdur"- Paşinyan belə deyib.

Avropa.info   


Oxunma sayı: 6117

Oxşar yazılar