Nigeriyada 70 fermer öldürülüb

  • 21:40 - 29 Noyabr

Noyabrın 28-də Nigeriyanın şimal-şərqində "Boko xaram" qruplaşmasının silahlıları tərəfindən azı 70 fermer öldürülüb.

Bu barədə bazar günü yerli hakimiyyətə istinadən “France-Presse” agentliyi bildirib.

"Ötən şənbə günü 43 həlak olmuş haqqında məlumatlar daxil oldu, ancaq hadisə yerinə gedəndən sonra aydın oldu ki, 70 insan öldürülüb", - Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib. O, bazar günü düyü sahələrinin yerləşdiyi və fermerlərin qətlə yetirildiyi Zabarmari kəndinə gedib.(report)


Oxunma sayı: 5809

Oxşar yazılar