Belçikada əhali karantin qaydalarına görə etiraza qaxdı, polislər yaralandı

  • 19:37 - 29 Noyabr

Belçikada karantin əleyhinə nümayiş zamanı yeddi nəfər yaralanıb.

RTBF telekanalının verdiyi məlumata görə, icazəsiz mitinqdə 500-dən çox adam iştirak edib, onlardan 400-ü şəxsiyyətlərinin müəyyən edilməsi üçün saxlanılıb.

Bildirilir ki, iğtişaşlarda dörd polis məmuru yaralanıb.

Belçikanın bir sıra ərazilərində hökumətin karantin məhdudiyyətlərini 2021-ci ilin 1 fevralına qədər uzatması qərarından sonra iğtişaşlar başlayıb.

Xatırladaq ki, Belçikada 574 448 nəfərdə koronavirus aşkar edilib, onların 16 461-i virusdan ölüb.


Oxunma sayı: 3268

Oxşar yazılar