Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB

  • 19:02 - 29 Noyabr

Bakıda təsərrüfat sahəsindəki su hovuzuna su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb

Avropa.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Saat 17:36

 

Bakıda 2 azyaşlının su hovuzuna düşdüyü bildirilir.

Avropa.info  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Oxunma sayı: 2597

Oxşar yazılar