Ermənistanın bu zenit-raket kompleksləri Qarabağda heç nəyə yaramayıb - Bir dənə də "Bayraktar" vura bilmədi..

  • 13:47 - 29 Noyabr

Ermənistanın Rusiyadan aldığı “Tor” zenit-raket kompleksləri Qarabağda gedən döyüşlərdə “sıfır nəticə” göstərib.

Bu haqda avia.pro öz hərbi mənbələrinə istinadən yazır.

Baxmayaraq ki, “Tor” zenit-raket kompleksləri pilotsuz uçan aparatlara qarşı mübarizə vasitəsi kimi təqdim olunur, bir sıra ekspertlər isə ümumiyyətlə onu Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” zərbə pilotsuz aparatlarının “qənimi” adlandırır, ay yarım davam edən müharibə zamanı həmin komplekslər bir dənə də olsun “Bayraktar” vura bilməyib. Nəticədə sıfır effektivlik nümayiş etdirib.

 

“Bir “Bayraktar TB2” tipi müəyyən edilməyən zenit-raket kompleksi ilə vurulub. Ermənistanın silahlanmasında yer alan Rusiya silahları bu münaqişədə tamamilə faydasız olub”,-mənbə bildirib.

Bundan əvvəl avia.pro Qarabağda ermənilərin Rusiya zenit-raket kompleksləri ilə təchiz edilmiş hava hücumundan müdafiə qüvvələrinin pis nəticə göstərdiyini və hava məkanını qoruya bilmədiyini yazmışdı. Nəticədə Azərbaycan ordusunun zərbə və kəşfiyyat dronları Ermənistan ordusunun qüvvələrinə tez-tez həmlələr ediblər. Müharibə ərzində Azərbaycan zərbə dronları və kamikadze-dronlarla Ermənistanın 5 “Tor” zenit-raket kompleksini məhv edib.

Sayt onu da yazır ki, Ermənistan bu münaqişədə özünün S-300 zenit-raket komplekslərini də itirib. Onlardan azı birinin “Bayraktar” tərəfindən vurulduğu məlumdur. S-300 dünyada ən qabaqcıl zenit-raket kompleksləri kimi təqdim edilsə də məlum olub ki, onun radarları faktiki olaraq pilotsuz aparatları “görmür”.

virtualaz.orq


Oxunma sayı: 7140

Oxşar yazılar