Fransa polisi qaradərili musiqiçini "pis zənci" adlandıraraq vəhşicəsinə döydü, xalq küçələrə töküldü - Paris küçələri yanır (VİDEO, FOTO)

  • 00:42 - 29 Noyabr

Fransanın paytaxtı Parisdə polis şiddətinə etiraz olaraq minlərlə insan küçələrə çıxıb. 

Avropa.info xəbər verir ki, etiraz aksiyasının başlamasına səbəb polislərin Mixael Zecler adlı qaradərili musiqiçiyə masqa taxmadığı üçün "pis zənci" deyərək döyməsi olub. Polisin qaradərili vətəndaşı döyməsi kadrları prezident Makronun polisə daha çox səlahiyyət verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə göndərməsi ilə eyni vaxta düşüb. 

Paris küçələrinə axışan və polis şiddətinə etiraz edən vətəndaşlara polis yenə də aşırı güc tətbiq edib. Nümayişçilər "mətbuat azadlığı", "polis zorakılığına yox" şüarları səsləndirirlər.


Etirazçılar hesab edirlər ki, prezident Makronun faşizan açıqlamaları polisin şiddətə əl atmasına yol açır. Eyni zamanda polisin jurnalistlərə şiddət tətbiq etməsinin mətbuatda yayılmasının da qanunla qadağan edilməsi etirazlarla qarşılanıb.

Avropa.info


Oxunma sayı: 9758

Oxşar yazılar