"Serj Sarkisyan 2016-cı ildə bizi çağırıb dedi ki, 7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik" - Sensasion açıqlama

  • 00:04 - 29 Noyabr

Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Xankəndinin itirilməsinin mümkünlüyü barədə xəbərdar edib.

Bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.

 

"2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirdi ki, siz "Qars, Qars" mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün "Stepanakert, Stepanakert" mahnısını eşidəcəksiniz. O, bunu qəfldən dedi", - Artur Tovmasyan InfoPort.am nəşrinə bildirib.

A.Tovmasyan 9 noyabrda Xankəndinin boş olduğu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyi zaman Serj Sarkisyanın sözlərini xatırladığını etiraf edib.

virtualaz.org


Oxunma sayı: 12189

Oxşar yazılar