Türkiyədə son sutkada koronavirusdan 182 nəfər ölüb

  • 22:02 - 28 Noyabr

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 182 nəfər ölüb. 

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 174 443 nəfər koronavirus testindən keçib, 6714 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 30 103 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 87 nəfər artaraq 4903 olub. 



 


Oxunma sayı: 4082

Oxşar yazılar