Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb

  • 21:10 - 28 Noyabr

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçının törətdiyi partlayış nəticəsində ən azı altı nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

Bu barədə hökumət rəsmisi bildirib.

Məlumata əsasən, partlayış restoranlardan birində baş verib. "Somalinin Federal Hökuməti günahsız Somaliləri hədəf alan terrorçuların vəhşi hərəkətini qınayır. Ən azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb" - hökümət rəsmisi verdiyi qısa açıqlamada deyib.

Hücuma görə məsuliyyəti terrorçu "Əl-şəbab" qruplaşması öz üzərinə götürüb.(trend)


Oxunma sayı: 3620

Oxşar yazılar