Biləsuvarda avtomobil su kanalına düşüb, ölən və yaralananlar var

  • 20:17 - 28 Noyabr

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hadisə Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili aşaraq su kanalına düşüb. Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Oxunma sayı: 4687

Oxşar yazılar