Şəmkirdə ağır qəza: ölən və yaralanan var

  • 18:19 - 28 Noyabr

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, rayonun Sarıtəpə kəndi ərazisində rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi "VAZ-21074" və Qazax rayon sakini N. Bayramovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C. Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 3345

Oxşar yazılar