“LUKOYL-Azərbaycan” QSC haqqında yayılan sorğu və kampaniya həqiqəti əks etdirmir

  • 17:15 - 28 Noyabr

Son günlər bəzi KİV orqanlarında “LUKOYL-Azərbaycan” QSC-nin adından həqiqəti əks etdirməyən sorğu və kampaniya xarakterli paylaşımlar edilib. 

“LUKOİL- Azərbaycan” QSC-dən Avropa.info-ya göndərilən məlumatda rəsmi qaydada bildirir ki, adımızdan istifadə edilərək elan edilən sorğu və kampaniyalar qəti şəkildə həqiqətə uyğun deyil. Rəsmi qaydada bəyan edirik ki, tərəfimizdən hər hansı bir sorğu və kampaniya elan edilməyib. 

Müştərilərimizdən xahiş edirik ki, “LUKOYL-Azərbaycan” QSC-nin rəsmi internet səhifəsində və ya rəsmi facebook səhifəsində olan paylaşımları nəzərə alsınlar. Bu barədə araşdırma aparılır.


Oxunma sayı: 6370

Oxşar yazılar