Yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlandı

  • 11:43 - 28 Noyabr

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB "Hacıqabul rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

Avropa.info APA-ya istinadən bildirir ki, reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü İsmayılzadə Əvəz Ayazxan oğlunun evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.


Oxunma sayı: 8603

Oxşar yazılar