"Bizi qarşıda COVİD-ə yoluxmada daha kritik artım gözləyir" – Həyəcan təbili

  • 11:02 - 28 Noyabr

TƏBİB-dən ötən gün verilən məlumata görə, gün ərzində götürülən testlərin sayı çox olduğundan, bu, laboratoriyaların iş həcminə təsir göstərdiyi üçün testin nəticələri bir qədər gecikmələr olduğundan problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Avropa.info bildirir ki, bununla bağlı infeksionist İlahə Vəliyeva milli.az-a açıqlamasında insanları daha məsuliyyətli olmağa çağırıb:

"Düşünürəm ki, bu, müvəqqəti bir haldır. Amma yenə də biz özümüzü qorumalıyıq. Çünki biz bilmirik bir yerdə işlədiyimiz insan və ya ictimai nəqliyyatda yanımızda duran şəxs olsun, evimizin içində ailə üzvlərimizdən olsun, heç bir simptom olmadan xəstə ola bilər. Mütləq deyil ki, o xəstə olsun və yatağa düşsün, immuniteti aktiv olan bir şəxsdirsə, ayaq üstə, ambulator şəkildə də bu xəstəliyi keçirə bilər. Həmin şəxs ətrafındakı başqa bir insanı yoluxdura bilər. Bu xoşagəlməz halın, bu təhlükənin qarşısını almaq üçün yenə də gigiyenik qaydalar, sosial məsafə, tibbi maskadan düzgün istifadə kimi qaydalara mütləq şəkildə xüsusi diqqət yetirmək lazımdır. 

Bizi qarşıda COVİD-ə yoluxmada daha kritik artım gözləyir. Çünki nəzərə alsaq ki, ən yüksək rəqəmlər bizdə may ayında göstərirdi və hazırdakı rəqəmlər ondan təxminən 6 dəfə çoxdur. İstər yoluxma sayı, istər ölüm sayı pik səviyyədədir. Havalar daha da soyuduqca, immunitet endikcə təbii ki, xəstəlik vəziyyəti daha da pisləşəcək. Ona görə də hər kəs gigiyenik qaydalara düzgün əməl etməklə özünü qorusun".

Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar isə Azərbaycanda COVİD-ə yoluxanlarının birdən-birə artmasının yaratdığı təhlükəni belə şərh edib:

"Yoluxanlarin sayı ilə tibb personalının sayı tərs mütənasib olduğu müddətdə tibbi xidmətin keyfiyyəti də aşağı düşəcək və daha çox ölüm halları görə bilərik. Yoluxanların sayı daha da artarsa, bu, səhiyyə sistemində dərman-preparat çatışmazlığına da səbəb ola bilər. İnsanlar bunun nə demək olduğunu anlamaliı və ona görə də məsuliyyət hiss etməlidirlər". 


Oxunma sayı: 2564

Oxşar yazılar