“Qarabağ” klubu 27 ildən sonra Ağdama getdi

  • 10:00 - 28 Noyabr

"Qarabağ" futbol klubu 27 ildən sonra işğaldan azad edilmiş Ağdama yola düşüb.

Avropa.info xəbər verir ki, komanda səfər zamanı Cümə məscidini, Azərbaycanın Milli Qəhrəmanı, eyni zamanda "Qarabağ" klubunun əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edəcək.

Ağdam təmsilçiləri, həmçinin “İmarət” stadionuna da baş çəkəcəklər.

Qeyd edək ki, Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.


Oxunma sayı: 6733

Oxşar yazılar