Xarici diplomatlar və beynəlxalq təşkilatların rəhbərləri Ağdamı ziyarət edəcək

  • 09:55 - 28 Noyabr

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunmuş Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik”.

Avropa.info xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazlb.

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Prezidentin köməkçisi qeyd edib.


Oxunma sayı: 2971

Oxşar yazılar