"Paşinyan ruhi xəstədir, ciddi problemləri var" - Erməni general baş nazirin dəli olduğunu iddia edir

  • 01:33 - 28 Noyabr

"Nikol Paşinyan ordunun və savaşın nə olduğunu bilmir".

Avropa.info xəbər verir ki, bunu Ermənistan ordusunun keçmiş qərərgah rəisi general- polkovnik Movses Akopyan deyib. 

Akopyan Sarkisyan dönəmində Ermənistan ordusunun qərərgah rəisi vəzifəsində işləyib. Paşinyanın hakimiyyətə gəlməsindən sonra vəzifəsindən azad edilən Akopyan, Ermənistan Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəisi vəzifəsinə təyin olunub. Lakin, Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətindən sonra Akopyan vəzifəsindən istefa verərək, Paşinyan hökuməti haqda sərt açıqlamalarla çıxış edib. 

Müharibə ilə bağlı etirafedici açıqlamalardan sonra haqqında cinayət işi açılan Akopyanı baş nazir Nikol Paşinyan da tənqid edib. Tənqidlərə cavab verən Akopyan Paşinyanı ruhi xəstə adlandırıb.

"Paşinyanın ruhi problemləri var, xəstədir. Ordunun nə olduğunu, nə zaman müharibə edilməsini bilmir. Müharibənin nə olduğunu bilmir", deyə Akopyan qeyd edib.

Avropa.info


Oxunma sayı: 9263

Oxşar yazılar