Türkiyədə bir gündə 177 nəfər koronavirusdan ölüb

  • 23:50 - 27 Noyabr

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 177 nəfər dünyasını dəyişib. 

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 191 nəfərə çatıb. 

Onun sözlərinə görə, ölkədə 6 592 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 481 198 nəfərə çatıb. 

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 845 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 392 616 nəfər təşkil edir.


Oxunma sayı: 3257

Oxşar yazılar