Rusiya Qarabağa yardımları dəmir yolu ilə daşımaq istəyir

  • 22:22 - 27 Noyabr

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ əhalisinə humanitar yardımın dəmir yolu ilə çatdırılması məsələsi üzərində işləyir. 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Rusiya FHN-in yaydığı məlumatda belə deyilir. 

“Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyi dəmir yolu nəqliyyatından istifadə edərək əlavə humanitar yardımın çatdırılması üçün marşrutun optimallaşdırılması məsələsini nəzərdən keçirir. Bu, yüklərin çatdırılmasına sərf olunacaq vaxta qənaət edəcək, həm də infrastrukturun yenidən qurulması prosesini sürətləndirəcək”, - deyə məlumatda qeyd olunub.


Oxunma sayı: 3521

Oxşar yazılar