Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb

  • 21:12 - 27 Noyabr

2020-ci il noyabrın əvvəlinə olan vəziyyətə görə, Azərbaycanda ödəmə kartlarının sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz artaraq 9,13 milyon ədədə çatıb. 

Bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Kartların böyük əksəriyyəti (8,1 milyon ədəd) debet kartları təşkil edir. Onlardan 3,42 milyonu sosial, 2,48 milyonu əməkhaqqı, 2,16 milyonu digər növ kartlardır. Ümumilikdə debet kartların sayı ötən illə müqayisədə 26,4 faiz çoxdur. 

Noyabrın əvvəlinədək kredit kartlarının sayı 1,07 milyon ədədə bərabər olub. 

Bu dövr ərzində ölkədə 2 655 bankomat (1,6 faiz çox) fəaliyyət göstərib ki, bunlardan 1 392-si Bakıda, 1 263-ü digər şəhər və rayonlarda yerləşir. 

POS-terminalların sayı 57 002 ədəd (13,1 faiz az) təşkil edib ki, bunlardan 37 230-u Bakıda, 19 772-i digər şəhər və rayonlarda quraşdırılıb.


Oxunma sayı: 3213

Oxşar yazılar