Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib

  • 19:10 - 27 Noyabr

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib.

Bu barədə A. Lukaşenko Minskdə 6 nömrəli klinik xəstəxananın heyəti ilə görüşü zamanı deyib.

“Mən özüm üçün konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə mən artıq sizinlə prezident kimi çalışmayacağam. Ona görə də sakit olun və səbrlə gözləyin”, - deyə Belarus Prezidenti vurğulayıb.

A. Lukaşenko qeyd edib ki, o, yeni konstitusiya qəbul edilərkən kiminsə bu prosesi saxtalaşdırmasına və ya qəbul olunacaq konstitusiya ilə yeni seçkilərin keçirilməsinə əsla icazə verilməyəcək: “Hətta bunun istədiyim kimi olmayacağını bilsəm də bu baş verəcək. Niyə? Çünki Belarus xalqı üzləşməli olduğu ilə üzləşməlidir. Bu indi müharibəsiz daha yaxşıdır, sonradan müharibə ilə bu baş verərsə, daha pisdir”.(apa)


Oxunma sayı: 1739

Oxşar yazılar