Azərbaycandan Gürcüstana qanunsuz dizel yanacağı ixracının qarşısı alınıb

  • 20:55 - 27 Noyabr

Gürcüstan gömrükçüləri son iki ayda Azərbaycandan 33 750 litr dizel yanacağının ölkəyə qanunsuz idxalının qarşısını alıblar. 

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib. 

Məlumata əsasən, qeyri-qanuni idxal yük avtomobillərinin sürücüləri tərəfindən “Qırmızı körpü” və “Laqodexi” gömrük-keçid məntəqələri vasitəsilə həyata keçirilib. 

Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür əməllər qanun pozuntusu olduğundan cərimələr tətbiq edilib. 

Gəlirlər Xidmətindən qeyd olunub ki, qanunvericiliklə beynəxalq avtonəqliyyat vasitələrinin standart çənlə yanacaq idxalına məhdudiyyət tətbiq olunur və ayda yalnız iki dəfə həyata keçirilə bilər. Tranzit yük maşınlarına isə 500 litr yanacaq idxal etmək icazə verilir.(report)


Oxunma sayı: 1728

Oxşar yazılar